«Azərbaycan Sənaye Bankı» nizamnamə kapitalını artırır

«Azərbaycan Sənaye Bankı» nizamnamə kapitalını artırır
# 07 avqust 2013 06:39 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azərbaycan Sənaye Bankı» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 manat, sayı 32 mln. ədəd, emissiyanın ümumi həcmi isə 32 mln. manat təşkil edir. Yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Sözügedən qiymətli kağızlar yerləşdiriləndən sonra bankın nizamnamə kapitalı 2,1 dəfə artaraq 60 mln. manata çatacaq.

Qeyd edək ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Hazırda bankın nizamnamə kapitalı 28 mln. manat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR