«Bank of Azerbaijan» yeni güzəşt kampaniyası keçirir

«Bank of Azerbaijan» yeni güzəşt kampaniyası keçirir
# 02 avqust 2013 12:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Azerbaijan» ASC «Adama qalan gəzməkdir» kampaniyasına start verib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın məlumatında deyilir.

Kampaniya çərçivəsində xaricdə hər bir əməliyyat üzrə 100 USD/EUR/AZN və daha artıq məbləğdə POS–terminal vasitəsi ilə alış-veriş edən «Bank of Azerbaijan» kredit kartlarının sahibləri xərclədikləri məbləği faizsiz, bərabər hissələrlə 3 aya ödəyə bilərlər.

Kampaniya sentyabrın 30-dək davam edəcək. Kampaniya çərçivəsində müştərilər əmək haqqının 3 misli həcmində kredit xətti əldə edə bilərlər. Xaricdə POS-terminaldan hər bir əməliyyat üzrə 100 manat, dollar və ya avrodan aşağı məbləğdə keçirilmiş məbləğlərə güzəşt adi qaydada (növbəti ayın 10-dək) tətbiq olunacaq.

Qeyd edilir ki, Azərbaycan daxilində və xaricdə bankomatlar vasitəsilə kartdakı pulun nağdlaşdırılması əməliyyatları bu kampaniyada iştirak etmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR