«Paşa Bank»ın aktivləri ilin əvvəlindən 9% azalıb

«Paşa Bank»ın aktivləri ilin əvvəlindən 9% azalıb
# 11 iyun 2013 12:29 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il iyunun 1-nə 675,274 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 9% azdır. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın hesabatında deyilir.

İyunun 1-nə bankın kredit portfeli 309,956 mln. manata bərabər olub ki, bu da yanvarın 1-nə nisbətən 10,3% çoxdur.

Bankda olan müştəri hesablarının həcmi iyunun 1-nə 380,939 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 16,7% azdır.

İyunun 1-nə bankın nizamnamə kapitalı 157 mln. manat təşkil edib. Yanvar-may ayları ərzində bankın vergidən əvvəl mənfəətinin həcmi 10,083 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR