«PAŞA Həyat Sığorta» şirkəti könüllü həyat sığortası üzrə iri ödəniş həyata keçirib

«PAŞA Həyat Sığorta» şirkəti könüllü həyat sığortası üzrə iri ödəniş həyata keçirib
# 12 iyun 2013 09:09 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «PAŞA Həyat Sığorta» ASC könüllü həyat sığortası üzrə növbəti iri ödənişini həyata keçirib. Şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, sığorta ödənişi ipoteka götürən şəxslərin həyat sığortası növü üzrə baş vermiş sığorta hadisəsinə görə verilib.

Belə ki, «PAŞA Həyat Sığorta»da sığortalanmış şəxsin vəfat etməsi nəticəsində, müəyyən edilmiş sığorta ödənişi – 32 767 manat həcmində vəsait müvəkkil bankın hesabına köçürülüb.

Qeyd edək ki, ilin əvvəlindən indiyədək «PAŞA Həyat Sığorta» tərəfindən 421 min manat həcmində sığorta ödənişi həyata keçirilib, bunun da 349,3 min manatı icbari sığorta, 71,4 min manatı isə könülü sığorta növlərinin payına düşüb.

«PAŞA Holdinq» şirkətlər qrupuna daxil olan «PAŞA Həyat Sığorta» ASC 2010-cu ilin noyabr ayında dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci ilin fevralında verilib. Bu ilin yanvar-aprel aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 11,263 mln. manat təşkil edib. İyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR