«Unibank» iyunun 26-da müştərilərə xidmət göstərəcək

«Unibank» iyunun 26-da müştərilərə xidmət göstərəcək
# 25 iyun 2013 14:22 (UTC +04:00)

Bakı – APA-Economics. «Unibank» ASC 26 iyun - Azərbaycan Silahlı Qüvvələri günü müştərilərə xidmət göstərəcək.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bayram günü 11 saylı («Dərnəgül») və 16 saylı («Baksovet») filiallar istisna olmaqla, «Unibank»ın paytaxt və bölgələrdəki bütün filialları işləyəcək. Abşeron filialları saat 14:00-dan 18:00-dək, regional filiallar isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Bankdan həmçinin bildirilib ki, «Unibank»da müxtəlif peşə sahiblərinin bayramı münasibəti ilə yay kampaniyası davam edir. Kampaniya çərçivəsində iyulun 15-dək «Unibank»dan kredit götürən dövlət qulluqçuları, hərbçilər və həkimlərə kreditlər 2% endirimlə verilir. Kreditin maksimal məbləği 7 500 manatadək artırılıb, ödəniş müddəti isə 48 ayadək uzadılıb. Kampaniya çərçivəsində kredit götürən bu peşə sahiblərinə böyük imtiyazlar verən üzvlük kredit kartları hədiyyə ediləcək.

Qeyd edək ki, bütün «Unibank» müştəriləri kreditləri poçt şöbələrindən, «MilliÖn» ödəniş terminallarında, Hesab.az saytında, «Unibank»ın «cash-in» öəniş terminallarında və Unibank.az saytında ödəyə bilər. «Unibank»ın filialları həftənin 6 günü müştərilərə xidmət göstərir. Filiallar nahar fasiləsiz işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR