«Unibank» müştərilər üçün böyük sürprizlər hazırlayıb - MÜSAHİBƏ

«Unibank» müştərilər üçün böyük sürprizlər hazırlayıb - <span style="color: red;">MÜSAHİBƏ
# 07 mart 2013 09:29 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın bank bazarında xüsusi yeri olan «Unibank» ASC daim müştəri bazasını genişləndirir və müştərilərə yeni məhsullar təqdim edir. Təkcə ötən il Bankın müştərilərinin sayı 47,1%, kreditlərin həcmi isə 50,3% artıb. Bu ilin əvvəlindən də Bank müştərilərini sərfəli kampaniyalarla sevindirir. «Unibank»ın Məhsullar və proseslərin inkişafı Departamentinin baş meneceri Taleh Tahirli bankın yeni planları ilə bağlı müsahibə verib.

- «Unibank»ın aktiv inkişaf etdirdiyi məhsul və xidmətlər arasında hazırda istehlak kreditləri xüsusi yer tutur. Bu, yəqin, tələbatın çoxluğu ilə bağlıdır?

- Kredit bazarının daim olaraq inkişaf etməsi ölkədə iqtisadi rifah göstəricisinin yüksəlməsindən asılıdır. İnsanların gəlirləri artdıqca, ödəmə qabiliyyəti yüksəlir ki, bu da bank xidmətlərinə tələbatı artırır. Ölkənin ən böyük pərakəndə banklarından biri olan «Unibank» müştərilərinə daim lazımlı xidmətlər təqdim edir. Verilən istehlak kreditləri praktiki olaraq borcalanların istənilən təbəqəsinin ehtiyaclarını ödəyir. İnkişaf etdirdiyimiz nağd kredit isə rəsmiləşdirilmə baxımından sadə və müştərilərimiz üçün əlçatandır. Sürət və rahatlıq bu məhsulu səciyyələndirən əsas amillərdir. Bankın istənilən filialına yalnız şəxsiyyət vəsiqəsi ilə yaxınlaşan müştəri cəmi 15-20 dəqiqəyə nağd kredit ala bilir.

- «Unibank» nağdsız ödənişlər sahəsində də əhəmiyyətli addımlar atıb. Ümumiyyətlə, Bankda nağdsız ödənişlərin inkişaf tendensiyaları barədə nə deyə bilərsiniz?

- Fikrimcə, Azərbaycan bazarında nağdsız ödənişlərin artmasına hazırda üç əsas amil təsir edir. Bunlardan birincisi bankların əhaliyə təqdim etdiyi plastik kart məhsullarının müxtəlifliyidir. Bunlar arasında hazırda xüsusi əhəmiyyət daşıyan məhsul faizsiz taksit kartlarıdır. «Unibank»ın bu bazarda xüsusi payı var. Belə ki, faizsiz kredit kartımız olan «Albalı» kartı bazara çıxarıldıqdan sonra çox qısa müddət ərzində Bankda nağdsız ödənişlərin əhəmiyyətli dərəcədə artımı müşahidə olunur. İkinci amil ödəniş alətlərinin rəsmiləşdirməsi prosesidir. Belə ki, məhsulun rəsmiləşdirilməsi və müştəriyə çatdırılması nə qədər rahat və sürətli olarsa, alət bir o qədər də müştəri üçün cəlbedici olur. Məhz bu səbəbdən də «Albalı» kartlarını yalnız şəxsiyyət vəsiqəsini bankın filiallarına təqdim etməklə, cəmi 15 dəqiqəyə əldə etmək mümkündür. Üçüncü isə nağdsız ödəmələrin artımına əhəmiyyətli dərəcədə təsir edən digər bir amilin - geniş POS-terminal şəbəkəsinin mövcudluğudur. «Unibank» hazırda 550-dən çox POS-terminal şəbəkəsi ilə müştərilərin xidmətindədir. Bu terminallar vasitəsilə həm «Visa» və «MasterCard», həm də Bankın faizsiz kredit kartı olan «Albalı» kartlarının sahibləri nağdsız ödənişlər həyata keçirir. Bu şəbəkə sürətlə genişlənir və 2013-cü ilin sonunadək aktiv istifadə edilə bilən terminalların sayını 1 000 ədədə çatdırmaq kimi hədəfimiz var.

- «Unibank» ölkənin bank bazarında daim yeni məhsullarla gündəmə gələn banklardandır. Mart ayı yenicə başlasa da, artıq bir neçə kampaniyaya start vermisiz. Bu haqda məlumat verərdiniz.

- Martda müştərilərimizi böyük sürprizlər gözləyir. Artıq bir neçə aksiyaya start verilib. Bunlardan bir neçəsini sadalaya bilərəm. Nağd kreditlərlə bağlı tətbiq edilən 6% endirim aksiyasının müddətini artırdıq. Bundan başqa, martın 1-dən 10-dək nağd kredit üçün filiallarımıza müraciət edən xanımlara xüsusi hədiyyəmiz var. «İdeal» parfümeriya dükanlarından alış-veriş edən «Albalı» kart sahibləri üçün isə xüsusi kampaniya hazırladıq. Belə ki, martın 1-dən 10-dək «Albalı» kartı ilə «İdeal» mağazalarından alış-veriş edən müştərilərimizə əlavə 3 taksit də hədiyyə etdik. Bu aksiyanın davamı olaraq isə 6, 7 və 8 mart tarixlərində «Albalı» kart sahiblərinə əlavə 6 taksit də hədiyyə ediləcək. «Albalı» kartdan söz düşmüşkən, yaxında bu kartın partnyorları sırasına uzun zamandır Bakıya gəlişləri gözlənilən dünyaca çox-çox məşhur brendlər də daxil olacaq. Beləliklə, yeni brenlərin gəlişi ilə «Albalı» kartın tamamilə əvəzedilməz bir şopinq kartı olduğu bir daha təsdiqlənmiş olacaq.

Önümüzdəki həftə isə Novruz Bayramı ilə bağlı xüsusi kampaniyalarımız olacaq. Novruz təkliflərimiz həm nağd kredit üçün müraciət edənlərə, həm də «Albalı» kart sahiblərinə ünvanlanacaq.

- Ölkə bank bazarında hazırkı rəqabət şəraitində «Unibank»ın üstünlükləri nələrdir?

- Biz bilirik ki, sürət, rahatlıq və etibarlılıq müştərilərimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Bankımız müvafiq təhlükəsizlik, etibarlılıq standartlarına cavab verən yeni texnologiyalara mütəmadi olaraq investisiya edir. Qısa müddət ərzində minimum tələblərlə yalnız şəxsiyyət vəsiqəsi əsasında müştərilərə müxtəlif istehlak kreditləri təklif olunur.

Prioritet məhsulumuz olan «Albalı» kartın partnyor şəbəkəsinin genişliyi və spesifikası bu sahədə əsas üstünlüklərimizdəndir. «Albalı» kartın partnyor şəbəkəsində «Zara», «Bershka», GAP kimi dünyaca məşhur və Azərbaycanda çox sevilən brednlər var ki, onlar bazarda mövcud olan taksit layihələrindən yalnız «Unibank»la əməkdaşlıq edir. Bu siyahıya yaxında digər bir məşhur brend olan «Massimo Dutti» də qoşulacaq. «Albalı» kartını rəqiblərdən fərqləndirən əsas amillərdən biri də kart sahiblərinin apardıqları alış-verişlərin həcmindən asılı olaraq, müəyyən nisbətdə bonus əldə edə bilməsidir. Bonus pul şəklində müştərinin öz hesabına köçürülür.

«Unibank» öz iş rejimi ilə müştərilərinə üstünlüklər təqdim edir. Artıq həftənin şənbə günləri də Bank tam iş rejimində fasiləsiz işləyir. Həmçinin, qarşıdan gələn Novruz Bayramı tətillərində də Bank müştərilərə xidmət göstərəcək.

Son olaraq isə onu da qeyd edim ki, Bankın menecmentinin Azərbaycan bazarını dərindən mənimsəməsi və idarəetməyə Qərb yanaşmasının tətbiqi sahib olduğumuz üstünlükləri günü-gündən artırmağa zəmin yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR