"Azərbaycan Kredit Bürosu" borc alanlara fərdi reytinq verəcək

"Azərbaycan Kredit Bürosu" borc alanlara fərdi reytinq verəcək
# 09 fevral 2018 13:04 (UTC +04:00)

"Azərbaycan Kredit Bürosu" MMC-nin (AKB) əsas iş prinsipləri açıqlanıb.

"APA-Economics"in məlumatına görə, "Azərbaycan Kredit Bürosu"nun baş direktoru Elçin Həbibov deyib ki, qurum borc alanların maliyyə öhdəlikləri haqqında məlumatları toplayacaq, bu məlumatların risk təhlilini aparacaq və sorğu əsasında istifadəçilərə təqdim edəcək. Onun sözlərinə görə, "Azərbaycan Kredit Bürosu"nun fəaliyyəti nəticəsində kredit ilə bağlı qərarlar daha operativ və effektiv qaydada qəbul ediləcək: "Bu isə son nəticədə risklərin daha da azalmasına gətirib çıxaracaq".

E.Həbibov bildirib ki, "Azərbaycan Kredit Bürosu"nun əhatə dairəsi daha geniş olacaq. Eyni zamanda, bazar iştirakçıları qurumun təhlil əsasında digər xidmətlərindən də faydalana biləcək. Onun sözlərinə görə, AKB-nin fəaliyyəti üçün zəruri olan normativ hüquqi baza formalaşdırılıb.

"Azərbaycan Kredit Bürosu" məlumatları daha geniş mənbələrdən, kredit təşkilatları ilə yanaşı, lizinq, şığorta, kommunal xidmət göstərən müəssisələrdən, mobil telefon operatorlarından, nisyə mal satan biznes subyektləri, habelə borc öhdəliyi ilə bağlı digər məlumatları toplayacaq və təhlil edəcək.

Həmçinin, borc münasibətləri ilə əlaqədar məhkəmə və icra orqanlarının qərarları, borc müqavilələri və cərimələr haqqında informasiyalar da Elektron Hökumət portalı vasitəsi ilə "Azərbaycan Kredit Bürosu"na ötürüləcək.

Bundan başqa, AKB tərəfindən borc alanlara fərdi reytinq veriləcək. "Büronun xüsusi əhəmiyyəti bir də onunla bağlıdır ki, bu xidmətlər çeşidli sahələrdə fəaliyyət göstərən biznes subyektlərinə Büro vasitəsi ilə emal olunacaq, borc alanın maliyyə pasportu yaradılacaq və sorğu əsasında təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR