Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının bağlanması prosedurasını hazırlayır

 Azərbaycan Mərkəzi Bankı kommersiya banklarının bağlanması prosedurasını hazırlayır
# 07 iyun 2013 11:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarından məcmu kapitalın minimumu ilə bağlı yeni tələbnaməyə cavab verməyən bankların bağlanması prosedurasının müəyyənləşdirilməsi üzərində iş aparır. Bunu «APA-Economics»ə açıqlamasında Mərkəzi Bankın sədrinin müavinin Xəqani Abdullayev bildirib.

Qeyd edək ki, ölkədəki banklar 2014-cü il yanvarın 1-dək minimal məcmu kapitalını 50 mln. manata çatdırılmalıdır. Əks halda, bank təşkilatı bank fəaliyyəti ilə məşğul ola bilməz. Bunun üçün banklar mövcud kapitalını artılmalı və yaxud digər banklarla konsolidasiyaya getməlidir. Bu, baş verməyəcəyi təqdirdə isə bank ya bağlanmalı, ya da qeyri-bank kredit təşkilatına çevrilməlidir.

X.Abdullayevin sözlərinə görə, artıq bu ilin ikinci yarısında AMB tələbnaməni yerinə yetirməyən bankların bağlanması prosedurasını tam müəyyənləşdirəcək.

Qeyd edək ki, AMB rəhbərliyinin sözlərinə görə, hazırda ölkədə yalnız 6-7 bankın məcmu kapitalı tələb olunan yeni minimal həddə cavab vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR