Azərbaycanda yükdaşıma və sərnişindaşıma tarifləri ucuzlaşıb

 Azərbaycanda yükdaşıma və sərnişindaşıma tarifləri ucuzlaşıb
# 06 avqust 2015 07:01 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin iyul ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 2,2%, sərnişindaşıma tarifləri isə 1,5% ucuzlaşıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 8,3%, digər xarici ölkələr üzrə 4,8% ucuzlaşıb, yükdaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

Ay ərzində dəmir yolu nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 7,2% ucuzlaşıb, yükdaşıma tarifləri isə sabit qalıb.

Dəniz nəqliyyatında MDB və digər xarici ölkələr üzrə yükdaşıma tarifləri 0,1% bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb.

İyul ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,2% ucuzlaşıb, qazın nəql olunma tarifi isə 0,1% bahalaşıb. Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR