"Bank BTB" 2015-ci il üzrə proqnozlarını açıqlayıb

"Bank BTB" 2015-ci il üzrə proqnozlarını açıqlayıb
# 22 iyun 2015 14:00 (UTC +04:00)

Bakı - APA-Economics. "Bank BTB" bu ilin sonuna kimi kredit portfelini 210 mln. manat səviyyəsinə qaldırmaq niyyətindədir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, maliyyə müəssisəsi üç illik inkişaf strategiyası çərçivəsində öz qarşısına bu məqsədi qoyub.

Bununla yanaşı, bank aktivlərinin həcmini cari ilin sonunadək 250 mln. manata çatdırmaq niyyətindədir.

Məlumatda qeyd edilir ki, bank əlavə olaraq 10-15 filial açmaq niyyətindədir ki, bunlardan 3-ü paytaxtdan kənarda olan böyük şəhərlərdə yerləşəcək.

Bankomatların sayı isə 50-yə çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR