® 10 Illik uğurlu inkişaf: Baker Tilly Azərbaycan şirkəti 10 illik yubileyini təntənəli şəkildə qeyd etdi

<font color=red>® </font>10 Illik uğurlu inkişaf: Baker Tilly Azərbaycan şirkəti 10 illik yubileyini təntənəli şəkildə qeyd etdi
# 08 may 2017 08:40 (UTC +04:00)

Artıq 10 ildir ki, Azərbaycanda fəaliyyət göstərən “Baker Tilly Azərbaycan” şirkəti 5 may 2017-ci il tarixində Four Seasons otelində 10 yaşını təntənəli şəkildə qeyd etdi.

Tədbiri salamlama nitqi ilə açan “Baker Tilly Azərbaycan” şirkətinin partnyoru Samir Vəliyev şirkətlə bağlı fikirlərini bölüşüb:

“Biz, Azərbaycan bazarında artıq 10 ildir ki, fəaliyyət göstəririk. Əminliklə deyə bilərik ki, bu qısa zaman ərzində Azərbaycanda ilk 5 ən böyük və nüfuzlu mühasibatlıq, audit, vergi və maliyyə məsləhət xidmətləri göstərən məsləhətçi şirkətlərdən biriyik.

Fəaliyyət göstərdiyimiz bu dövr ərzində biz, aparıcı bank, kredit təşkilatları, nəqliyyat, neft, rabitə, tikinti, reklam, ticarət və digər sahələrdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edirik. Hal-hazırda 60-a yaxın nəfər əməkdaşımızla, 70-dən çox yerli və beynəlxalq müştərimizə peşəkar xidmətlər göstərməkdəyik.

Şirkətimiz eyni zamanda dünyanın aparıcı maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə də yaxından əməkdaşlıq edir.

Bu il şirkət 10-cu il dönümünü qeyd edir. Keçdiyimiz inkişaf yoluna nəzər saldıqda uğurlarımızın sayına baxıb sevinirik. Nəticələrimiz bizi yeni uğurlar əldə etməyə ruhlandırır. Bundan sonrakı fəaliyyətimizdə eyni qaydada peşəkarlıq nümayiş etdirəcək, uğurlu layihələrlə işimizin keyfiyyətini qorumağa çalışacağıq.

Fürsətdən istifadə edərək, səylərini ümumi məqsədimiz yolunda birləşdirən işçi heyətimizə, peşəkarlığımıza etibar edən müştərilərimizə, biznes tərəfdaşlarımıza və “Baker Tilly” Beynəlxalq Şəbəkəsinə bu illər ərzində verdikləri dəstəyə görə təşəkkür edirik.”

Partnyor eyni zamanda şirkətin artıq qoşulmuş olduğu, o cümlədən yaxın gələcəkdə planlaşdırdığı layihələr barədə danışdı. İntellektual və əyləncəli formatda təşkil edilmiş tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılandı.

Qeyd edək ki, “Baker Tilly Azərbaycan” - baş ofisi Birləşmiş Krallığın paytaxtı Londonda yerləşən və özündə dünyanın 141 ölkəsində fəaliyyət göstərən 165 üzv şirkəti birləşdirən “Baker Tilly İnternational” şəbəkəsinin bir üzvüdür. Öz gəlirlərinə görə dünyanın 8-ci ən böyük şəbəkəsi olan “Baker Tilly İnternational”, 2016-cı ildə “İnternational Accounting Bulletin (IAB) – Beynəlxalq Mühasibat Uçotu Bülleteni” jurnalının illik mükafat təqdim etmə mərasimində “İlin şəbəkəsi” adına layiq görülmüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR