® "Bank VTB (Azərbaycan)" Qələbə günü münasibəti ilə veteranları təbrik edib

<font color=red>® </font> "Bank VTB (Azərbaycan)" Qələbə günü münasibəti ilə veteranları təbrik edib
# 10 may 2017 14:42 (UTC +04:00)

Bank VTB (Azərbaycan) İkinci dünya müharibəsində qələbənin 72-ci ildönümü münasibəti ilə veteranları təbrik edib. Bank nümayəndələri Qələbə günü münasibəti ilə Rusiyanın Azərbaycandakı səfirliyinin veteranlar üçün təşkil etdiyi naharda iştirak edib.

Hər il keçirilən ənənəvi görüşdə bank VTB (Azərbaycan)-ın nümayəndələri müharibə iştirakçılarını təbrik edib, onlara can sağlığı arzulayıb, onlara gül buketləri və hədiyyələr təqdim edib. Bu il əksəriyyətinin 96-97 yaşı olacaq veteranlar, onlar üçün bu gün ən dəyərli hədiyyə cəmiyyətin diqqəti və belə görüşlərin onlar üçün vacib olduğunu bildiriblər.

“Veteranlara qayğı göstərərək biz onlara qəhrəmanlıqlarına görə təşəkkürümüzi bildiririk. İkinici dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının böyük rolu var. Azərbaycanlılar döyüşlərdə və arxa cəbhədə cəsarətlə döyüşüb. Məhz Azərbaycan cəbhənin böyük qismini neftlə təmin edib. Bizim bank xalqımızın fədakarlığını yüksək qiymətləndirir və veteranlarla qürur duyur. Onlar gələcək nəsillər üçün parlaq nümunə olacaqlar” – deyə, bankın reklam, marketinq və xüsusi layihələr şöbəsinin müdiri Ülfət Əhmədova qeyd edib.

Korporativ sosial məsuliyyət bank VTB (Azərbaycan)-ın fəaliyyətinin mühüm hissəsidir. Bank daim sosial layihələr reallaşdırır və ölkənin ictimai həyatına öz töhfəsini verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR