"Holcim (Azərbaycan)"ın uzunmüddətli kredit borcu 70 mln. manata çatır

"Holcim (Azərbaycan)"ın uzunmüddətli kredit borcu 70 mln. manata çatır
# 11 iyun 2015 08:47 (UTC +04:00)

Bakı - APA-Economics. "Holcim (Azərbaycan)" ASC-nin aktivləri 2014-cü ildə 394 mln. 901,728 min manat təşkil edib.

"APA-Economics"in şirkətin açıqladığı hesabata istinadən verdiyi xəbərə görə, bu göstərici 2013-cü illə müqayisədə 0,015% artıb.

Aktivlərin strukturuna nəzər salanda məlum olur ki, burada uzunmüddətli aktivlərin payına 360 mln. 294,760 min manat, cari aktivlərin payına isə 34 mln. 606,968 min manat düşür. Şirkətin əmlak, avadanlıq və qurğular üzrə aktivləri 349 mln. 465,222 min manata bərabərdir. Maraqlıdır ki, burada il ərazində 3% azalma qeydə alınıb. 2013-cü ilin sonuna bu göstərici 359 mln. 917,304 min manat təşkil edib.

Şirkətin kapital və öhdəliklərinə nəzər salanda məlum olur ki, nizamnamə kapitalı dəyişməyərək 31 mln. 812,880 min manat olub. Hesabat dövründə şirkətin məcmu kapitalı isə 4,2% azalaraq 267 mln. 172,487 min manat olub.

Şirkətin cəmi uzunmüddətli öhdəlikləri 92 mln. 553,917 min manata çatıb ki, bu da illik müqayisədə 49,3% artım deməkdir. Bundan ödəniləcək kreditlərin payına 69 mln. 438,975 min manat, ehtiyatların payına 4 mln. 847,117 min manat düşür.

Cari öhdəliklərin cəmi 35 mln. 175,324 min manat təşkil edib.

Şirkətin 2014-cü ildə ümumi gəlirləri 39 mln. 714,613 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə bu rəqəm 51 mln. 588,068 min manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR