"S&P": ARDNF-dən AMB-yə transfertin real məbləği planlaşdırılandan daha az olacaq

"S&P": ARDNF-dən AMB-yə transfertin real məbləği planlaşdırılandan daha az olacaq
# 30 yanvar 2017 13:27 (UTC +04:00)

"Standard & Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu il Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 mlrd. manatadək məbləğdə transfertin nəzərdə tutulmasına münasibət bildirib.

"APA-Economics" agentliyin yaydığı məlumata istinadən xəbər verir ki, transfertin real məbləği nəzərdə tutulandan daha az olacaq: "Bizim fikrimizcə, real məbləğ planlaşdırılandan daha az olacaq. Azərbaycan Mərkəzi Bankının ehtiyatlarının tükənmə sürətinin nəzərə alaraq hökumət ehtiyatlı siyasətini həyata keçirməkdə davam edəcək.

Qeyd edək ki, bu il ARDNF-dən AMB-yə 7,5 mlrd. manatın transferti nəzərdə tutulub. Transfert makroiqtisadi sabitliyin təmin olunmasına yönələcək. Transfert fondun ümumi xərclərinin 51,7%-ə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR