"VTB (Azərbaycan)"ın kapitalı 265 mln. manat artırılacaq

"VTB (Azərbaycan)"ın kapitalı 265 mln. manat artırılacaq
# 24 yanvar 2018 09:56 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev VTB-nin başçısı ilə görüşüb

Yanvarın 23-də Davosda keçirilən Dünya iqtisadi forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bank VTB-nin prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, görüş zamanı tərəflər maliyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər. Andrey Kostin prezident İlham Əliyevə bu ilin birinci rübündə "VTB (Azərbaycan)"ın kapitalının 265 mln. manat məbləğində artırılması planlarından danışıb.

Tərəflər həmçinin Azərbaycan iqtisadiyyatına investisiyaların, xüsusilə də beynəlxalq bazarlardan ölkəyə maliyyə vəsaitləri cəlb edilməsinin təşkilində VTB-nin iştirakı məsələlərini müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR