AİB Azərbaycanda kiçik və orta müəssisələrin kreditləşməsində maraqlıdır

AİB Azərbaycanda kiçik və orta müəssisələrin kreditləşməsində maraqlıdır
# 04 iyul 2014 07:25 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. İyulun 1-4-də Asiya İnkişaf Bankı (AİB) kiçik və orta müəssisələrin (KOM) kreditləşdirilməsində risklərin idarə edilməsinə dair Bakıda regional seminar təşkil edib.

APA-Economics”in xəbərinə görə, seminarda Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan və Tacikistanın banklarını və inkişaf agentliklərini təmsil edən 37 nəfər iştirak edib.

Seminarda çıxış edən AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono (Olly Norojono) bu sektorun əhəmiyyətini və risklərin idarə olunmasının davamlı KOM kreditləşməsi üçün mühüm olduğunu vurğulayıb.

AİB özəl sektor və dövlət maliyyə institutları vasitəsilə KOM-lara kreditlərin verilməsi ilə bu sektorun inkişafına dəstək olmaqda qərarlıdır. KOM-ların kapital məhdudiyyətlərini həll etmək üçün AİB həmçinin ticarət və təchizat zəncirinin maliyyələşdirilməsi ilə fəal məşğul olur.

Bundan başqa, AİB KOM-ların maliyyə potensialının yaxşılaşdırılmasını dəstəkləyir və təşkil edilmiş seminar bu dəstəyin ayrılmaz hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR