Almaniyada müalicə olunan jurnalist Nicat Dağlar avqustun 11-də Bakıya qayıdacaq

Almaniyada müalicə olunan jurnalist Nicat Dağlar avqustun 11-də Bakıya qayıdacaq
# 08 avqust 2013 14:16 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə o, özünün “Facebook” səhifəsində yazdığı Ramazan təbrikində məlumat verib.

Ağır və çətin günləri geridə qoyduğunu vurğulayan Nicat Dağlar Almaniyada xüsusi müalicə proqramından keçdiyini bildirib: “Orqanizm tədricən normal fəaliyyətini bərpa edir. Artıq əvvəlki kimi və hətta bir qədər də gümraham. Sözsüz ki, müalicə davam etməli, dərmanlarımı qəbul etməli və hələlik orqanizmin immuniteti o qədər de güclü olmadığından əlavə təsirlərdən qorunmalıyam. Oktyabrın ikinci yarısında isə yenidən Almaniyaya qayıtmalıyam. Yenidən müayinədən keçəndən sonra mənə ilik köçürülməsinə ehtiyac olub-olmamasına qərar veriləcək”.

Nicat Dağlar onun sağlıq durumunu daim diqqətdə saxlayan və dəstəyini əsirgəməyən ailəsinə, dostlarına, media qurumlarına, Mətbuat Şurasına, millət vəkillərinə, ictimaiyyət nümayəndələrinə, Gəncə camaatına və prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Tam səmimi deyirəm, ölümün pəncəsində olduğum vaxt prezidentin mənim müalicəmi öz üzərinə götürməsi barədə xəbəri eşitdim. İnanın, bir anın içində mənə elə bir ruh gəldi ki, içimdə xəstəliyi yenəcəyimə əminlik yarandı. "Mən yaşayacam" dedim. Əslində mən elə həmin an həyata qayıtdım. İradəsi, ümidləri ölmüş bir adam üçün bu, elə həyat demək idi. Çox sağ olsun, Allah balalarını xoşbəxt eləsin!”

Qeyd edək ki, prezident İlham Əliyev Nicat Dağların müalicə xərclərinin ödənilməsini öz üzərinə götürüb. Nicat Dağlar həmçinin jurnalistlər üçün tikilmiş binada mənzillə təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR