AMB: Ötən il strateji valyuta ehtiyatları xarici dövlət borcunu 2,9 dəfə üstələyib

AMB: Ötən il strateji valyuta ehtiyatları xarici dövlət borcunu 2,9 dəfə üstələyib
# 21 fevral 2018 10:34 (UTC +04:00)

"Xarici sektordakı müsbət proseslər özünü xarici valyuta ehtiyatlarının dinamikasında da büruzə verib".

APA-Economics”in məlumatına görə, bu, Azərbaycan Mərkəzi Bankın (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.

Sənəddə ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində keçən il strateji valyuta ehtiyatları 11%-dən çox artdığı öz əksini tapıb.

"Ötən ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 30 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 2,9 dəfə üstələyib", - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR