ARDNŞ dövlət büdcəsinə ödənişlərini 14,5% artırıb

ARDNŞ dövlət büdcəsinə ödənişlərini 14,5% artırıb
# 08 sentyabr 2014 14:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin avqust ayı üzrə ödənişlərini açıqlayıb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, Dövlət Neft Şirkəti tərəfindən ötən ay dövlət büdcəsinə 149,138 mln. manat vəsait ödənilib. Bu, 2013-cü ilin avqust ayı ilə müqayisədə 18,858 mln. manat və ya 14,5% çoxdur.

Ümumiyyətlə, bu ilin yanvar-avqust aylarında büdcəyə 1,266 mlrd. manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 216,827 mln. manat və ya 20,7% çox olub.

Bundan əlavə, bu ilin avqust ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 12,405 mln. manat vəsait köçürüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,01% azalıb.

Ümumiyyətlə, bu ilin yanvar-avqust aylarında şirkət tərəfindən DSMF-ə ödəniş 95,903 mln. manat təşkil edib. Bu da ötən ilin 8 ayı ilə müqayisədə 9,6% azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR