Avropa İnvestisiya Bankı “Petkim Petrokimya Holding”ə 80 mln. dollar kredit ayıracaq

Avropa İnvestisiya Bankı “Petkim Petrokimya Holding”ə 80 mln. dollar kredit ayıracaq
# 05 may 2016 15:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Avropa İnvestisiya Bankı SOCAR-ın Türkiyədəki aktivi olan “Petkim Petrokimya Holding A.Ş” şirkətinə 80 mln. dollar kredit ayıracaq.

APA-Economics” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu kredit vəsaiti Petkim limanının tutumunun beynəlxalq konteyner terminalına çevrilməsinə yönəldiləcək.

Qeyd edək ki, Avropa İnvestisiya Bankının nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edib. Səfər çərçivəsində bu gün və sabah nümayəndə heyəti ümumi dəyəri 800 mln. avrodan çox 7 yeni kredit sazişinin imzalanması üçün Türkiyənin aparıcı şirkət və bank təmsilçiləri ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR