Aydın Əliyev: "Dövlət Gömrük Komitəsi 2017-ci ildə dövlət büdcə proqnozunu artıqlaması ilə yerinə yetirib"

Aydın Əliyev: "Dövlət Gömrük Komitəsi 2017-ci ildə dövlət büdcə proqnozunu artıqlaması ilə yerinə yetirib"
# 19 yanvar 2018 07:45 (UTC +04:00)

"Gömrük orqanları 2017-ci ili uğurlarla başa vurub".

APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib.

"Ötən il Azərbaycanda iqtisadiyyatı üçün olduqca uğurlu olub", - deyə A.Əliyev vurğulayıb.

O bildirib ki, ötən il idxal 291 mln. dollar artıb: “Bu, prezidentin tapşırığına uyğun olaraq həyata keçirilib. Müsbət haldır ki, ötən il müsbət saldo 5 milyard dollardan artıq olub. 2017-ci ildə 2 milyard 250 milyon manatlıq dövlət büdcə proqnozu artıqlaması ilə yerinə yetirilib və 2,8 milyard manat Dövlət Gömrük Komitəsi tərəfindən toplanaraq büdcəyə keçirilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR