Aydın Əliyev DGK-nın bəzi qurumlara birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Aydın Əliyev DGK-nın bəzi qurumlara birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib
# 19 yanvar 2018 08:17 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev rəhbərlik etdiyi komitənin bəzi qurumlara birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

APA-Economics”in məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib ki, bəzi ölkələrdə Gömrük Komitəsi Vergilər Nazirliyinin tərkibində fəaliyyət göstərir.

"Gömrük xidməti ABŞ-da, bəzi Avropa ölkələrində Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bəzi Avropa ölkələrində isə İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərir. Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik", - deyə A.Əliyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR