AYİB “DəmirBank”a 18 mln. dollarlıq kredit paketini təsdiqləyib

AYİB “DəmirBank”a 18 mln. dollarlıq kredit paketini təsdiqləyib
# 11 iyul 2014 14:33 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “DəmirBank” ASC-yə ümumi məbləği 18 mln. dollar olan iki kredit paketini təsdiqləyib. “APA-Economics”in məlumatına görə, bu haqda bankın məlumatında qeyd edilib.

AYİB-in Direktorlar Şurası enerji səmərəliliyi sahəsindəki layihələrinin kreditləşməsi üçün “DəmirBank”a 5 mln. dollar həcmində kredit ayrılmasına razılıq verib. Layihə “DəmirBank”ın müştəri bazasının möhkəmlənməsinə kömək edəcək və bank yeni məhsullar, o cümlədən öz müştərilərinə orta və uzunmüddətli maliyyələşmə təklif etməklə, yerli bank sektorunda uğurlu şəkildə rəqabəti davam etdirmək imkanı əldə edəcək.

Bankın kredit vəsaitləri Azərbaycanın mənzil, sənaye və kommersiya sahələrində sərmayələrə böyük dəstək verəcək.

Bundan başqa, AYİB öz payı çərçivəsində 50 mln. dollar məbləğində sindikatlaşdırılmış kreditdən “DəmirBank”a 13 mln. dollar kredit ayıracaq. “DəmirBank” cəlb etdiyi krediti Azərbaycanda mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə yönəltməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR