Azərbaycan Auditorlar Palatasının aktivləri artıb

Azərbaycan Auditorlar Palatasının aktivləri artıb
# 29 sentyabr 2014 10:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin yanvar ayının 1-nə Azərbaycan Auditorlar Palatasının aktivləri 454,765 min manat təşkil edib ki, bu da 2013-cü ilin yanvar ayının 1-nə olan göstəricidən 22,4% çoxdur.

APA-Economics”in xəbərinə görə, bu barədə palatanın saytına yerləşdirilmiş 2013-cü ilə aid maliyyə hesabatında qeyd olunub.

Hesabata əsasən, 2014-cü ilin yanvarın 1-nə palatanın qısamüddətli aktivləri 389,156 min manat, uzunmüddətli aktivlər isə 65,609 min manat olub. Başqa sözlə, 2013-cü il ərzində Palatanın qısamüddətli aktivləri 32,6% artıb. Bunun əksinə olaraq, uzunmüddətli aktivlərdə 16%-lik azalma qeydə alınıb.

Bu ilin əvvəlinə palatanın öhdəlikləri 294,1 dəfə artaraq 44,093 min manat təşkil edib.


Hesabat dövründə qurumun kapitalı 10,6% artaraq 410,672 min manat olub.

Maliyyə hesabatına görə, 2013-cü ildə palatanın yekun əməliyyat gəlirləri 5,5% azalaraq 569,824 min manat, əməliyyat xərcləri isə 2,5% artaraq 530,738 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR