Azərbaycan bank sektorunun məcmu aktivlərinin 65%-i müştərilərə verilən kreditlər hesabına formalaşıb

Azərbaycan bank sektorunun məcmu aktivlərinin 65%-i müştərilərə verilən kreditlər hesabına formalaşıb
# 10 iyun 2015 13:50 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 7 228,9 mln. manat və ya 32,84% artaraq 2015-ci il mayın 1-ə 29 mlrd. 238,4 mln. manata çatıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. 2015-ci ilin aprel ayı ərzində aktivlərin həcmi 217,8 mln. manat və ya 0,8% artıb.

Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, hesabat dövründə bu kreditlərin həcmi 18 994,9 mln. manat və ya ümumi aktivlərin 65%-i təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 2 634,3 mln. manat həcmində olan investisiyalar, 2 725,4 mln. manat həcmində olan müxbir hesabları, 1 206,8 mln. həcmində nağd vəsaitlər, 1 308,1 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 2 368,9 mln. manat həcmində digər aktivlər tutur.

Passivlərin strukturunda isə 12 498,4 mln. manat depozitlər, 10 607,3 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 865,3 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 4 267,4 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR