Azərbaycan banklarının məcmu aktivləri 25 mlrd. manatı ötüb

Azərbaycan banklarının məcmu aktivləri 25 mlrd. manatı ötüb
# 05 fevral 2015 09:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 4, 797 mlrd. manat və ya 23,53% artaraq 2015-ci il yanvarın 1-nə 25,182 mlrd. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin dekabr ayı ərzində aktivlərin həcmi 475,8 mln. manat və ya 1,93% artıb.

Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, hesabat dövründə bu kreditlərin həcmi 17 174,8 mln. manat və ya ümumi aktivlərin 68,2%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 2 186,4 mln. manat həcmində olan investisiyalar, 1 829,2 mln. manat həcmində olan müxbir hesabları, 1 052,6 mln. həcmində nağd vəsaitlər, 1 018,1 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 1 921,3 mln. manat həcmində digər aktivlər tutur.

Passivlərin strukturunda isə 11 089 mln. manat depozitlər, 8 445,8 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 487,6 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 4 160,1 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR