Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini 44% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti büdcə ödənişlərini 44% artırıb
# 27 mart 2013 12:03 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin fevral ayında dövlət büdcəsinə 132,285 mln. manat vəsait ödəyib. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin fevral ayına nisbətən 43,9% çoxdur.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-fevral aylarında şirkət büdcəyə 266,516 mln. manat ödəyib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,1% çoxdur.

Bundan əlavə, cari ilin fevral ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 11,4 mln. manat vəsait köçürüb ki, bu da ötən ilin fevral ayına nisbətən 1,1% çoxdur.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-fevral aylarında ARDNŞ tərəfindən DSMF-yə ödəniş 24,167 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisini 1,9% üstələyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR