Azərbaycan əhalisi 4 ayda kreditlər üzrə faizlərin ödənilməsinə 372 mln. manat xərcləyib

Azərbaycan əhalisi 4 ayda kreditlər üzrə faizlərin ödənilməsinə 372 mln. manat xərcləyib
# 17 may 2016 16:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2016-cı ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 9% artaraq 13789,5 mln. manata çatıb.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gəlirlərin 79,4%-i son istehlak xərclərinə, 9,6%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 8,3%-i isə yığıma yönəldilib. Başqa sözlə, hesabat dövründə əhali kreditlər üzrə faizlərin ödənilməsinə 372,317 mln. manat xərcləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR