Azərbaycan fond bazarında brokerlərin ötən il üçün renkinqi

Azərbaycan fond bazarında brokerlərin ötən il üçün renkinqi
# 11 yanvar 2018 15:17 (UTC +04:00)

2017-ci ilin yanvar-dekabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edib.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 4 mlrd. 928 mln. 361 min 772,64 manat olan broker xidmətləri göstərib.

İkinci yeri ümumi həcmi 4 mlrd. 756 mln. 8 min 128,92 manat olan broker xidmətləri göstərmiş “Paşa Kapital İnvestisiya Şirkəti” QSC tutub. Renkinqdə üçüncü yerdə 2 mlrd. 968 mln. 555 min 220,14 manat olan broker xidmətləri göstərmiş ”"İnvest-Az İnvestisiya Şirkəti" QSC, dördüncü yerdə 2 mlrd. 135 mln. 322 min 296,46 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, beşinci yerdə 573 mln. 781 min 572,26 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, altıncı yerdə 297 mln. 735 min 990,64 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC, sonuncu yerdə 53 mln. 258 min 857,95 manatla "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR