Azərbaycan I Asiya Biznes Sammitində iştirak edəcək

Azərbaycan I Asiya Biznes Sammitində iştirak edəcək
# 26 sentyabr 2014 11:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Qazaxıstanda "Böyük İpək Yolunun Dirçəlişi" adlı pərakəndə satış və istehlak mallarının distribusiyası üzrə I Asiya Biznes Sammiti keçiriləcək.

APA-Economics”in İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi məlumata görə, 1-ci Asiya Biznes Sammiti noyabrın 6-7-də Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutacaq.

Qazaxıstan Milli Sahibkarlar Palatası və "B2B Conference Group" şirkətinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə MDB ölkələrindən, Çin, Türkiyə və digər ölkələrdən 5 000 nəfərin iştirakı nəzərdə tutulur. Sammitdə Azərbaycandan olan sahibkarlar və iş adamları iştirak etməyə dəvət olunur.

İştirakda maraqlı olan şəxslər İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR