Azərbaycan ilə İƏİT arasında anlaşma memorandumu imzalanacaq

Azərbaycan ilə İƏİT arasında anlaşma memorandumu imzalanacaq
# 10 iyun 2013 09:18 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) arasında anlaşma memorandumu imzalanacaq. «APA-Economics»in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

Onun sözlərinə görə, təşkilat ilk olaraq Azərbaycanı tərəfdaş seçib: «İki il əvvəl Azərbaycanla təşkilat arasında sıx əməkdaşlıq qurulub. Bunun məntiqi nəticəsi olaraq belə anlaşma memorandumun layihəsi hazırlanıb».


Nazir müavini qeyd edib ki, memorandumda əsasən məlumat mübadiləsi, müxtəlif seminarların keçirilməsi, bilik və bacarıqların mübadiləsi nəzərdə tutulur. Onun sözlərinə görə, yaxın müddətdə prosedur məsələlər həllini tapdıqdan sonra tərəflər sənədi imzalayacaq. S.Ələkbərov əlavə edib ki, memorandum İƏİT-in Vergi İnzibatçılığı və Siyasəti Mərkəzinin direktorunun Azərbaycana səfəri çərçivəsində imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR