Azərbaycan indiyədək Avropa Yenidənqurma və İnkişaf Bankına 237 mln. dollar əsas borc qaytarıb

Azərbaycan indiyədək Avropa Yenidənqurma və İnkişaf Bankına 237 mln. dollar əsas borc qaytarıb
# 28 mart 2013 09:55 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycan arasında əməkdaşlıq dövrü ərzində 9 layihənin icrası üçün tərəflər arasında 1 229,45 mln. ABŞ dolları məbləğində 9 kredit sazişi imzalayıb.

«APA-Economics»in məlumatına görə, bundan 476,3 mln. dollar həcmində cəlb olunan kreditlər hesabına həyata keçirilən 8 layihənin icrası başa çatıb, 750 mln. dollarlıq kredit hesabına 1 layihənin (avtomobil yollarının təmiri və bərpası) icrası isə davam etdirilir.

AYİB tərəfindən ayrılan ümumi kreditdən 2013-cü il yanvarın 1-nə 476,3 mln. dollardan istifadə edilib. İndiyədək nəzərdə tutulmuş qrafik üzrə 236,9 mln. dollar məbləğində əsas borc qaytarılıb.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft sektorun inkişaf etdirilməsinə yetirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR