Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı bu ilin ilk yarısı ərzində təxminən 1,3 mlrd. ABŞ dolları həcmində valyuta kütləsini sterilizasiya edib. «APA-Economics»in xəbər verdiyi kimi, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Xəqani Abdullayev bildirib.
X.Abdullayevin sözlərinə görə, bu zərurət ölkənin tədiyyə balansında iri həcmdə profisitin yaranması səbəbindən bazarda valyuta təklifinin tələbatı üstələməsi ilə bağlıdır.
Qeyd edək ki, valyuta bazarında AMB tərəfindən həyata keçirilən sterilizasiya əməliyyatlarının nəticəsi olaraq manatın dollara qarşı məzənnəsi sabit saxlanılıb.