Azərbaycan Mərkəzi Bankı ölkədə bank kreditlərinin ucuzlaşacağını proqnozlaşdırır

Azərbaycan Mərkəzi Bankı ölkədə bank kreditlərinin ucuzlaşacağını proqnozlaşdırır
# 02 avqust 2013 12:02 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının sədr müavini Xəqani Abdullayev bu fikirdədir.

X.Abdullayev eyni zamanda bəyan edib ki, bir neçə amilin təsiri altında ölkədə bank kreditləri daha da ucuzlaşa bilər. Belə ki, X.Abdullayevin fikrincə, avqustun 1-dən ölkədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanan əmanətlərin maksimal faiz dərəcəsinin 12%-dən 10%-dək endirilməsi öz azaldıcı təsirini göstərəcək. Bundan əlavə, ölkədə nağdsız ödənişlər sisteminin inkişafı və nəticə etibarı ilə pul kütləsinin bank sektoruna axınının artması da öz növbəsində bankların sərəncamında olan maliyyə vəsaitlərini artıracaq. Bu da kreditlər üzrə faizlərin aşağı düşməsinə səbəb olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR