Azərbaycan qiymətli kağızlar bazarı üzrə BVF ilə yeni əməkdaşlıq imkanlarını araşdırır

Azərbaycan qiymətli kağızlar bazarı üzrə BVF ilə yeni əməkdaşlıq imkanlarını araşdırır
# 06 mart 2013 09:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasının üzvləri ilə görüş keçirilib. Komitədən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı QKDK sədri Rüfət Aslanlı Azərbaycanın qiymətli kağızlar bazarının inkişaf meylləri, o cümlədən son illər bu istiqamətdə aparılan islahatlar barədə ətraflı məlumat verib.

R.Aslanlı Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı (2011-2020-ci illər) və Dünya Bankı ilə imzalanmış «Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi» çərçivəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq bazarda yeni imkanların yarandığını vurğulayıb. R.Aslanlı qiymətli kağızlar bazarının inkişafı üçün böyük əhəmiyyət kəsb edən Listinq məsləhət Proqramının yaxın müddət ərzində fəaliyyətə başlayacağını və formalaşmaqda olan kapital bazarları üzrə ixtisaslaşmış təlim mərkəzi çərçivəsində treninq, təlim və məsləhət xidmətlərinin göstərilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Görüşdə BVF-nin nümayəndə heyətinin rəhbəri Raca Almarzoqi Azərbaycana missiyası çərçivəsində Komitə ilə məsləhətləşmələrin aparılması və beynəlxalq təşkilat tərəfindən təklif edilən tövsiyələr əsasında qiymətli kağızlar bazarına dair yeni əməkdaşlıq imkanlarının müəyyən edilməsi istiqamətində həyata keçirildiyini bildirib.

Daha sonra QKDK ilə BVF arasında gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR