Azərbaycana pirotexniki vasitə keçirilməsinin qarşısı alınıb

Azərbaycana pirotexniki vasitə keçirilməsinin qarşısı alınıb
# 15 fevral 2018 08:27 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Omega" markalı nəqliyyat vasitəsinə "Cek" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, kinoloji xidmət itinin reaksiyasına əsasən avtomobilin ön və arxa oturacaqlarının söykənəcəklərinin içərisindən və yük yerindən gömrük nəzarətindən gizlədilən, üzərində "Korsarka" sözləri yazılan 28 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR