Azərbaycana qanunsuz yolla mobil telefonların keçirilməsinin qarşısı alınıb

Azərbaycana qanunsuz yolla mobil telefonların keçirilməsinin qarşısı alınıb
# 10 iyul 2018 10:07 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, baxış zamanı, avtomobilin gizli saxlanc yerlərindən 70 ədəd müxtəlif markalı mobil telefonlar və aksesuarları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR