Azərbaycanda bank aktivləri son bir ildə 25% artıb

Azərbaycanda bank aktivləri son bir ildə 25% artıb
# 05 sentyabr 2014 10:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 4 594,99 mln. manat və ya 24,6% artaraq 2014-cü il avqustun 1-nə 23,288 mlrd. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, təkcə bu ilin iyul ayı ərzində aktivlərin həcmi 718,71 mln. manat və ya 3,2% artıb.

Bank aktivlərinin tərkibində əsas yeri əvvəlki dövrlərdəki kimi müştərilərə verilən kreditlər tutur. Belə ki, hesabat dövründə bu kreditlərin həcmi 15 715 mln. manat və ya ümumi aktivlərin 67,5%-ni təşkil edir. Bundan başqa, aktivlərin tərkibində 1 984,3 mln. manat həcmində olan investisiyalar, 1 741,2 mln. manat həcmində olan müxbir hesabları, 903,7 mln. həcmində nağd vəsaitlər, 1 110,3 mln. manat həcmində maliyyə sektoruna verilən kredit və depozitlər və 1 833,9 mln. manat həcmində digər aktivlər tutur.

Passivlərin strukturunda isə 10 036,3 mln. manat depozitlər, 7 962,7 mln. manat maliyyə sektorundan cəlb edilən kredit və depozitlər, 1 584,5 mln. manat digər öhdəliklərin payına düşür. Passivlərin tərkibində kapitalın həcmi 3 705,0 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR