Azərbaycanda əhalinin gəlirləri 4,7% artıb

Azərbaycanda əhalinin gəlirləri 4,7% artıb
# 11 iyul 2014 11:26 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən “APA-Economics"ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin istehlak qiymətlərindən daha sürətlə artması nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7% yüksəlib.

Bu dövr ərzində gəlirlərin 70,2%-i son istehlak xərclərinə, 9,2%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 %-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18,0%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 16,1 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 5,0% çox vəsait qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR