Azərbaycanda əhalinin gəlirləri 5% artıb

Azərbaycanda əhalinin gəlirləri 5% artıb
# 11 sentyabr 2014 08:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1% artaraq 24,0 mlrd. manata çatıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onun hər nəfərə düşən həcmi 2559,9 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 2,4% bəndi üstələyərək 3,8% olub.

Bu dövr ərzində gəlirlərin 70,2%-i son istehlaka, 9,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,0%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 21,8 mlrd. manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR