Azərbaycanda ərzaq məhsulları ucuzlaşıb, inflyasiya 2,1%-ə çatıb

Azərbaycanda ərzaq məhsulları ucuzlaşıb, inflyasiya 2,1%-ə çatıb
# 15 avqust 2013 13:21 (UTC +04:00)

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiyməti və xidmət tarifləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiyməti 1,7% enib, xidmət tarifləri 0,1% artıb, qeyri-ərzaq mallarının qiymətləri isə iyun ayının səviyyəsində qalıb.

«Eyni zamanda qiymət və tariflər yeddi ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, xidmət tarifləri isə 3,3% artıb», - deyə Komitənin məlumatında deyilir.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında ölkədə illik inflyasiya 2% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR