Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 23% artıb

Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 23% artıb
# 21 avqust 2013 12:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8,8 mlrd. manat vəsait yönəldilib, bunun 66,3%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 23,3%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 37,9% artıb. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 5,5 mlrd. manat, qeyri-dövlət müəssisələri isə 3,3 mlrd. manat vəsait sərf edib. Məhsul istehsalı obyektlərinin inşasında 4,6 mlrd. manat, xidmət sahələri üzrə obyektlərin tikintisində 4,2 mlrd. manatlıq vəsaitdən istifadə edilib.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3% artaraq ümumi sərmayənin 74,7%-ni təşkil edib, onun 79,2%-i dövlət, 20,8%-i qeyri-dövlət mülkiyyətli müəssisə və təşkilatların payına düşüb.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 3 657,4 mln. manat (ümumi vəsaitin 41,6%-i), bank kreditləri 446,9 mln. manat (5,1%-i), büdcə vəsaitləri 4 123,7 mln. manat (46,9%-i), büdcədənkənar fondların vəsaitləri 324,3 mln. manat (3,7 %-i), əhalinin şəxsi vəsaitləri 225,0 mln. manat (2,5%-i), sair vəsaitlər 21,5 mln. manat (0,2%-i) təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR