Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 12,8% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 12,8% artıb
# 15 sentyabr 2014 13:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 001 372,6 min manat təşkil edib.

APA-Economics”in DGK-ya istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur.

Hesabat dövründə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 275 834,10 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 677 081,38 min manat, aksizlər üzrə 37 731,94 min manat, yol vergisi üzrə isə 10 725,18 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR