Azərbaycanda həyat sığortası bazarı 53% artıb

Azərbaycanda həyat sığortası bazarı 53% artıb
# 16 iyul 2014 09:21 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda toplanan sığorta haqlarının 26,4%-i və ya 56 mln. manatı həyat sığortası üzrə yığımların payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 19,5 mln. manat və ya təxminən 53% artıb.

Həyat sığortası üzrə yığımların 51,85%-i və ya 29,1 mln. manatı həyatın yaşam sığortasının, 33,7%-i və ya 18,9 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 14,3%-i və ya 8 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 85 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

2014-cü ilin ilk 6 ayında həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 3,5 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 5,3%-ni təşkil etməklə 2013-cü ilin eyni dövrünə nisbətən 1,5 mln. manat və ya təxminən 76% çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 55,3%-i və ya 1,93 mln. manatı həyatın yaşam sığortasının, 32,6%-i və ya 1,14 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,8%-i və ya 411 min manatı həyatın ölüm halından sığortasının, cəmi 12500 manatı isə sağalmaz xəstəliklərlə bağlı sığortanın payına düşüb. Yeri gəlmişkən, sonuncu növ üzrə ödəniş ilk dəfə ötən ay keçirilib.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 6,24 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-iyun aylarında bu göstərici 5,43 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR