Azərbaycanda İpoteka Kreditlərinin Zəmanət Fondu yaradılacaq

Azərbaycanda İpoteka Kreditlərinin Zəmanət Fondu yaradılacaq
# 15 noyabr 2012 12:54 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İpoteka Fondu yanında İpoteka Kreditlərinin Zəmanət Fondunun yaradılmasını təklif edir. Mərkəzi Bankın baş direktoru Rəşad Orucovun «APA-Economics»ə verdiyi məlumata görə, Zəmanət Fondu bir sıra sosial ipoteka kreditlərinin ilkin ödənişsiz verilməsinə imkan yaradacaq.

Hazırda Fondun yaradılması ilə bağlı müvafiq işlər gedir, onun təşkilati strukturu müəyyənləşdirilir. Bundan başqa, Fond tərəfindən zamin çıxış edən kredit və borcalanlar üzrə meyarlar müəyyənləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR