Azərbaycanda könüllü sığorta növləri üzrə yığımlar artıb

Azərbaycanda könüllü sığorta növləri üzrə yığımlar artıb
# 17 sentyabr 2014 10:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin yanvar-avqust aylarında sığorta haqlarının 65,2%-i və ya 184,6 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.

APA-Economics”in Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% və ya 9,4 mln. manat çoxdur.

İcbarı sığorta növləri üzrə yığımlar isə 98,7 mln. manat və ya bazarın 34,8%-ni təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə icbari sığorta bazarı 9% və ya 8,1 mln. manat artıb.

2014-cü ilin 8 ayında ümumi ödənişlərin 73,5%-i və ya 76,1 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortalar üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 37,9% və ya 21,6 mln. manat artıb. İcbarı sığorta növləri üzrə ödənişlər isə 17,4% və ya 4,1 mln. manat artaraq 27,5 mln. manata çatıb.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 41,2 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-avqust aylarında bu göstərici 31,1 manat olub. İcbarı sığorta üzrə toplanan hər 100 manat üzrə ödəniş isə ötənilki 25,8 manatdan 27,8 manata qalxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR