Azərbaycanda kredit alanların sayı 2,2 milyona yaxınlaşır

Azərbaycanda kredit alanların sayı 2,2 milyona yaxınlaşır
# 08 sentyabr 2014 13:30 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin iyul ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) üzv təşkilatlardan 284 945 sorğu daxil olub.

APA-Economics” Mərkəzi Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, son bir ildə MKR-ə müraciətlərin sayı 39,9% artıb. Bu sorğuların 275 740-ı banklar tərəfindən daxil olub, 9 205 nəfər isə öz kredit tarixçəsi barədə məlumat almaq məqsədilə reyestrə müraciət edib.

Bu ilin 7 ayının göstəricilərini təhlil edəndə məlum olur ki, fiziki şəxslər tərəfindən kredit reyestrinə daxil olan müraciətlərin sayında artım var. Başqa sözlə, ilin əvvəli ilə müqayisədə iyul ayında reyestrə daxil olan sorğular 5,1 dəfə çoxalıb.

İyun ayı ilə müqayisədə iyulda fiziki şəxslərin sorğularının sayı 2,3 dəfə artıb.

Qeyd edək ki, 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə cəmi borcalanların sayı 21,8% artaraq bu ilin avqust ayının 1-nə 2 mln. 164 min 493 nəfər təşkil edib. Bunun da 10 min 533 nəfəri hüquqi, 2 mln. 135 min 492-si fiziki şəxslər, 18 min 468 nəfəri sahibkarlıq subyektləridir.

İyul ayına olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcalanların sayı 2 164 493, kredit məlumatlarının ümumi sayı isə 7 918 794 təşkil edir.

Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 1 011 787-dir.

Qeyd edək ki, MKR 2005-ci ilin martından fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR