Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda məcmu kapital tələbini yerinə yetirə bilməyən bankların birində səhmdarların sayında dəyişiklik baş verib.
“APA-Economics” “Naxçıvanbank” ASC-nin saytına istinadən xəbər verir ki, bankın səhmdarlarının sayı artıb. “Əgər əvvəl bankın səhmdarları 3 nəfər fiziki şəxsdən ibarət idisə, indi 4 fiziki şəxs “Naxçıvanbank”ın səhmdarıdır.
Qeyd edək ki, “Naxçıvanbank” ASC-nin səhmadar kapitalı yerli səhmdarlardan ibarətdir.