Azərbaycanda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb

Azərbaycanda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb
# 03 iyul 2018 09:41 (UTC +04:00)

2018-ci ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Kapitan Fruits" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, Food Export Şəmkir” MMC, “Azfruittrade” MMC, “Şirin Aqro” QSC, "Sun Food" MMC, "Metalçılar-2" MMC təmsil olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyun ayı üçün buraxılışında öz əksini tapıb.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: "Azərenerji" ATSC, "Det-al Alüminium" MMC, "Azergold" QSC, “CTS-Agro” MMC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR