Azərbaycanda Retail sales indeksi artıb

Azərbaycanda Retail sales indeksi artıb
# 21 avqust 2013 08:33 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda Pərakəndə satış indeksi (Retail sales index – RSI) 2013-cü ilin iyul ayı üzrə 100,2% təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesabata görə, bu göstərici iyun ayının indeksindən 1,3 faiz bəndi çoxdur.

Retail sales indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin iyul ayında ümumi pərakəndə dövriyyəsi 1 583,6 mln. manat, iyunda isə 1 581,0 mln. manat təşkil edib.

Göründüyü kimi, indeks artmaqla paralel 100%-dən yüksək olub. İndeksin 100%-dən yuxarı olması iyul ayında pərakəndə ticarətin həcminin iyunla müqayisədə artmasını göstərir.

Qeyd edək ki, iyul ayında pərakəndə ticarətin dəyərinin artmasında qiymət amili rol oynamayıb, çünki iyulda iyunla müqayisədə 0,7%-lik deflyasiya müşahidə olunub. O cümlədən, pərakəndə ticarətdə əsas yeri tutan ərzaq malları üzrə aylıq deflyasiya 1,7% təşkil edib.

Ümumilikdə, bu ilin yanvar-iyul ərzində pərakəndə ticarətin həcmi 10,651 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 9,3% çox olub. Bundan əlavə, 2012-ci ilin ərzində orta aylıq pərakəndə ticarətin dövriyyəsi 1,463 mlrd. manat bərabər olduğu halda 2013-cü ilin 7 ayı üzrə bu göstərici 1,522 mln. manat təşkil edir.

Beləliklə, həmin göstərici üzrə də 4,0%-lik artım müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR